SƏİD İBN ZEYD

Səid Məkkədə bütün müsəlmanlar kimi ağır təqiblərə məruz qalmış və bu səbəbdən də Mədinəyə hicrət etmişdir. Orada o, quruculuq işlərinə qatılmış, Bədr döyüşündən başqa bütün savaşlarda iştirak etmişdir. Məhəmməd peyğəmbərin vəfatından sonra isə Səid ibn Zeyd Xilafətin İran və Bizans imperiyalarına qarşı savaşlarında döyüşmüşdür. Onların hamısında xüsusən də, Yərmuk döyüşündə igidlik göstərmişdir. Müsəlmanlar Dəməşqi fəth etdikdən sonra bu şəhərin valisi olmuşdur.
SƏİD İBN ZEYD
SƏLAT
OBASTAN VİKİ
Səid ibn Zeyd
Səid ibn Zeyd ibn Əmr (ərəb. بد الله بن انيس الجهني‎) — Məhəmməd peyğəmbərin səhabəsi ilk iman gətirənlərdən biridir. Məhəmməd peyğəmbərin cənnət müjdəsi ilə sevindirdiyi on nəfərdən ibarət səhabələr kateqoriyasına daxildir (əşara əl-mübəşşirə). Onun tam adı Səid ibn Zeyd ibn Əmr ibn Nufeyl ibn Əbdül-Uzza ibn Ziyah ibn Abdullah ibn Kurt ibn Riza ibn Ədi ibn Kəb ibn Luaydir. Səidin atası hənifi olan Zeyd ibn Əmr idi. Səid ibn Zeydin özü 613-cü ildə hələ iyirmi yaşı belə olmayanda müsəlmanların Ərqam evindəki məclislərində iştirak edən ilk İslamı qəbul edənlərdən biri olmuşdur. O, Ömər ibn Xəttabın bacısı Fatimə ilə evlənmişdi. Səid və Fatimə Quran oxuyarkən Ömər onları yaxalayır və o, özü də İslamı qəbul edir. İslamın doğulmasının ilk illərində müsəlmanlar, o cümlədən Səid ibn Zeyd ciddi təqiblərə məruz qalır, nəticədə onlar Mədinəyə köçməli olurlar. Səid ibn Zeyd bütün mühüm tədbirlərdə iştirak etmişdir.
Abdullah ibn Zeyd
Abdullah ibn Zeyd (580-ci illər, Mədinə – 644, ərəb. عبد الله بن زيد‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Yuxuda Məhəmməd peyğəmbərin təsdiq etdiyi azan qaydalarını və sözlərini görən şəxs. Bu səbəbdən ona Sahib əl-azan (azanın banisi) ləqəbi verilmişdir. == Bioqrafiya == Abdullah ibn Zeyd Mədinənin Xəzrəc qəbiləsindən idi. O, Əqəbədə Məhəmməd peyğəmbərə beyət edən ənsarlardan və Mədinədə ilk müsəlmanlardan biri idi. Müsəlmanlar Məkkədən Mədinəyə hicrətindən sonra müsəlmanların müşriklərlə döyüşlərində və digər mühüm tarixi hadisələrdə iştirak etmişdir. Məkkənin fəth edildiyi gün o, Xəzrəc qəbiləsinin dəstələrinin bayraqdarı idi. Hicri 1-ci ildə Məscidül-Nəbi məscidinin tikintisi başa çatdıqdan sonra Abdullah yuxuda azan səsini eşidir və bu barədə Məhəmməd peyğəmbərə xəbər verir. Abdullah ibn Zeydin dediyi bildirilir Abdullah ibn Zeyd xəlifə Osman ibn Əffanın hakimiyyəti dövründə təxminən 64 yaşında vəfat etmişdir.
Usamə ibn Zeyd
Usamə ibn Zeyd (615, Məkkə – 678, ərəb. ‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Usamənin atası Zeyd ibn Harisə Məhəmmədin həyat yoldaşı Xədicənin qulu, Usamənin anası Ümmü Əymən isə peyğəmbərin atası Abdullahın köləsi idi. Atasının ölümündən sonra Məhəmməd Ümmü Əyməni azad edir, Məhəmmədin Xədicə ilə nikahından sonra isə Zeydi ərinə verir. Məhəmməd Zeydi azad edir və Ümmü Əymənlə evləndirir. Təxminən Məhəmmədin peyğəmbərliyinin başlanğıcının 4-cü ilində (614) Üsamə Zeyd və Ümmü Əyməndən dünyaya gəlir. Məhəmməd peyğəmbərin vəfatı zamanı Üsamə təxminən 19 yaşında idi. Məhəmməd peyğəmbər Usaməni və atası Zeydini çox sevir və ona hörmət edirdi. Usamə azlığına görə Bədr və Uhud döyüşlərində iştirak etməmişdir. Usamə döyüşə getməyə çalışırdı, lakin Məhəmməd peyğəmbər ona bunu qadağan edir.
Zeyd ibn Harisə
Zeyd ibn Harisə (581, Ərəbistan yarımadası – 629, Muta[d], ərəb. زيد بن حارثة الكلبي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri və onun oğulluğu. Quranda adı Zayd olaraq keçir. Tam adı Zeyd ibn Harisə ibn Şuraxil ibn Əbdül-Uzzadır. Erkən uşaqlıqda əsir düşən Zeyd ibn Harisə Hakim ibn Xəzəm tərəfindən fidyə alınaraq Xədicə binti Xuveylidə təqdim edilir. Məhəmməd peyğəmbərlə evləndikdən sonra Xədicə Zeydi ərinə verir. İslamı qəbul edən ikinci şəxs Zeyd, ondan sonra həyat yoldaşı Ümmü Eymun olur. Zeyd ibn Harisə Məhəmməd peyğəmbərin ən sevimli səhabələrindən biri idi. Peyğəmbərlik missiyasına başlamazdan əvvəl Məhəmməd peyğəmbər Zeydi oğlu və varisi elan edir. Övladlığa götürüldükdən sonra onun adı Zeyd ibn Muhəmməd idi.
Zeyd ibn Sabit
Zeyd ibn Sabit əl-Ənsari (ərəb. زيد بن ثابت الأنصاري‎; təqribən 615, Mədinə — təqribən 665, Mədinə) — həzrəti Məhəmməd peyğəmbərin səhabəsi, katibi. Ümmətin içində fəraizi (miras hüququnu) ən yaxşı bilən sə­habə Zeyd ibn Sabitdir. O uca vəhyin katibi (katibül vəhiy, ka­tibül-Rəsulullah), fəraizi ən yaxşı bilən, ən dəqiq hökmlər verən və ən yaxşı Quran oxuyan məşhur imamlardan biri idi. Əbu Bəkrin dövründə Quranın toplanması ilə məşğul olan heyətin başında duran və Quranı yaxşı bilən Həzrət Zeyd “Cəmiül-Quran” ünvanını almışdır. Rəsulullahın “Fəraizi ən yaxşı bilən Zeyddir” hədisi onun fəraiz elminə necə bələd olduğunu göstərir. Ömər Suriyaya gedəndə Mədinədə olan Zeyd ibn Sabitlə mək­tublaşar, məktublarında Zeydin adını öz adından əvvəl yazardı. Bir gün miras məsələsində çətinliklə qarşılaşmış, birbaşa Zeyd ibn Sabitin evinə getmişdi. Nə Ömər, nə də Osman hökm, fitva, fəraiz və qiraət məsələlərində Zeyd ibn Sabit ola-ola kimsəyə müraciət etməmişdir. Zeyd ibn Sabit vəfat edəndə İbn Ömər belə demişdi: “Bu gün insanların alimi öldü”.
Zeyd ibn Əli
Zeyd ibn Əli (ərəb. زَيْد ٱبْن عَلِيّ‎) — Əli ibn Hüseynin oğlu və Hüseyn ibn Əlinin nəvəsi idi. Öldürüldüyü Əməvilər xilafətinə qarşı uğursuz bir qiyama başçılıq etdi. Bu hadisə Əli ibn Hüseyndən sonrakı imam olaraq qəbul edən Şiə İslamın Zeydilik məzhəbinin yaranmasına səbəb oldu. Buna qarşılıq olaraq böyük qardaşı Məhəmməd əl-Baqir On iki imam şiəliyi və İsmaili şiələrinin sonrakı imamıdır. Buna baxmayaraq, o, şiələr tərəfindən mühüm inqilabçı şəxs və İslamın bütün məktəbləri, sünnilər və şiələr tərəfindən şəhid hesab olunur. Onun ölümünə və bədəninin vəhşicəsinə göstərilməsinə görə qisas çağırışı Abbasilərin inqilabına kömək etdi. Zeyd din alimi idi. Ona müxtəlif əsərlər, o cümlədən Musnad əl İmam Zeyd, bəlkə də İslam hüquq qanunlarının ən erkən bilinən əsəridir. Ancaq təyinatı mübahisəlidir; bunlar, ehtimal ki, erkən Kufə ​​qanunu ənənəsini təmsil edir.
Zeyd ibn Ərkam
Zeyd ibn Ərkam (ərəb. بِشْرِ بْن بَراء‎; Əl-Mədinə[d]) — Məhəmməd peyğəmbərin səhabəsi. Xəzrəc qəbiləsindən olmuşdur. Məhəmmədlə 17 müharibədə iştirak etmiş və hicri 66-cı ildə vəfat etmişdir. Abdullah ibn Üveyin islam düşmənləri ilə əlaqələrinin olması Zeyd ibn Ərkam tərəfindən onun yaşamasını istəyən Peyğəmbərə deyilir. İbn Übey belə şeylər dediyini inkar edərək and içir və buna görə də azad edilir. Lakin sonradan Zeyd bin Ərkamın şahidliyi Munafiqun surəsinin nazil olması ilə təsdiqlənir. O, Əbu Bəkrə beyət etdiyi bilinir. Məhəmmədin "Sizə 2 şeyi geridə qoyuram və onlara əməl etsən əsla azmazsan! Biri Allahın kitabı, digəri isə mənim Əhli-beytimdir" sekaleyn hədisini Zeyd böyüyərkən Əməvi xilafətində təkrar edir.
Aban ibn Səid
Aban ibn Səid (bilinmir, bilinmir – 634, ərəb. أبان بن سعيد بن العاص‎) — nüfuzlu Qureyşlilərdən biri, Məhəmməd peyğəmbərin səhabəsi. == Bioqrafiya == Tam adı: Aban ibn Səid ibn əl-As ibn Üməyyə ibn Əbd əş-Şəms ibn Əbd Mənaf əl-Kuraşi əl-Umavidir. Aban uzun müddət müsəlmanların düşməni olmuşdur. Qardaşları Əmr və Xalid İslamı qəbul etdikdən sonra ailəsində münaqişələr yaranır. Bədr döyüşündə müsəlmanlara qarşı vuruşmuşdur. Bu döyüşdə onun qardaşları Ubeydə və As ölür. Xudeybi sülh müqaviləsi bağlanarkən Aban Məhəmmədin səfiri Osman ibn Əffanı öz himayəsinə götürür. Müsəlmanlarla qarşıdurma zamanı o, tədricən müsəlmanların ehkamını öyrənir. İslam ənənəsinə görə, Aban tez-tez Suriyaya gedirdi və bu səfərlərin birində Ərəbistana yeni peyğəmbərin gəlişi barədə ona xəbər verən bir rahiblə görüşürdü.
Zeyd
Zeyd — ad. Zeyd ibn Əli — Əli ibn Hüseynin oğlu və Hüseyn ibn Əlinin nəvəsi idi. Zeyd ibn Harisə — Məhəmməd peyğəmbərin səhabələrindən biri və onun oğulluğu. Zeyd ibn Sabit — həzrəti Məhəmməd peyğəmbərin səhabəsi, katibi. Zeyd əl-Xeyr — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Zeyd ibn Ərkam — Məhəmməd peyğəmbərin səhabəsi. Zeyd kəndi — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd.
Osman ibn Səid Əmri
Əbu Əmr Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Osman ibn Səid Bəni-Əsəd qəbiləsindən olmuş, Samirra şəhərində yaşadığı üçün Əskəri də adlandırılmışdır. Şiələr onu Səmman (yağsatan) deyə çağırırdılar. O, siyasi fəaliyyətinin üzə çıxmaması məqsədilə yağ satmaqla məşğul olur, şiələrin İmama çatdırmaq istədiyi malları onlardan alaraq yağ qablarına qoyub İmam Əskəriyə (ə) çatdırırdı. O, etimadını necə lazımdısa doğrultmuş, şiələrin hamısı ona inanırdı. Qeyd etmək lazımdır ki, Osman ibn Səid elə İmam Əliyyən-Nəqi (ə) və İmam Əskərinin (ə) da, nümayəndə və yaxın dostlarından olmuşdur. Özü şiə başçılarından olan Əhməd ibn İshaq deyir: "Bir gün İmam Əliyyən-Nəqinin (ə) yanına gedib dedim: "Mən bəzi vaxtlar burada olur, bəzi vaxtlar isə olmuram, burada olanda da, həmişə sizin yanınıza gələ bilmirəm. Kimin sözünü qəbul edim, kimə qulaq asım?" İmam buyurdu: "Bu Əbu Əmr (Osman ibn Səid Əmri) inanılmış və etibar etdiyim bir şəxsdir. O, sizə nə desə, bilin ki, mənim tərəfimdən çatdırır." Sonra Əhməd ibn İshaq əlavə edib deyir: "İmam Əliyyən-Nəqinin (ə) vəfatından sonra İmam Əskərinin (ə) yanına gedib həmin sualı təkrar etdim. O da atası kimi buyurdu: "Bu Əbu Əmr məndən əvvəlki İmamın etibar etdiyi, eləcə də, mənim həm həyatımda, həm də öldükdən sonra inandığım bir şəxsdir.
Sünəni Səid ibn Mənsur
Sünəni Səid ibn Mənsur (ərəb. سنن سعيد بن منصور‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair sünni mühəddis Səid ibn Mənsur tərəfindən tərtib edilmiş hədislər toplusu. Əbu Usman Səid ibn Mənsur əl-Xorasani Cövzcanda (müasir Əfqanıstan) anadan olub və Bəlxdə İslam elmlərini öyrənməyə başlayıb. O, müsəlman dünyasını geniş şəkildə gəzmiş, sonra Məkkəyə yerləşmiş və 842-ci ildə orada vəfat etmişdir. Sünən Səid ibn Mənsur Məhəmməd peyğəmbərin səhabələri haqqında hədis və rəvayətlərin ən mühüm və ən qədim mənbələrindən biri hesab olunur. Səid ibn Mənsura rəvayət mənbəyi kimi etibarın dərəcəsini imamlar Əhməd ibn Hənbəl, Müslüm ibn Həccac, Əbu Davud və başqalarının ondan hədislər nəql etmələri sübut edir. "Sünən Səid ibn Mənsur" digər məcmuələrdən onunla fərqlənir ki, burada hədislərlə yanaşı, xəlifə Ömər ibn Xəttabın dövründə Məhəmməd peyğəmbərin (s.a.v) səhabələrinin həyatından hadisələr də yer alır. Səid ibn Mənsurun məcmuəsində tematik fəsillərə (əbvab) bölünmüş 2791 hədis vardır.
Məhəmməd ibn Zeyd Əl-Nəhayan
Məhəmməd bin Zayedibn Sultan Əl-Nəhayan (ərəb. محمد بن زايد بن سلطان آل نهيان‎; 11 mart 1961, Əl-Əyn) — Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu-Dabi Əmiri (13 və 14 may 2022-ci il tarixlərindən). 2004-cü il dekabrın 8-dən Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının sədri. BƏƏ-nin qurucusu və prezidenti Şeyx Zeyd ibn Sultan Əl-Nəhayanın üçüncü həyat yoldaşı Fatimə ibn Mübarək Əl Kətbidən olan üçüncü oğlu. Əvvəllər o, böyük qardaşı, BƏƏ-nin keçmiş prezidenti Xəlifə ibn Zayed Əl Nəhayanın müşaviri olub. O, insult keçirəndə 2014-cü ildən bütün əsas qərarları qəbul edərək, Əbu-Dabi əmirliyinin və bütün Birləşmiş Ərəb Əmirliklərinin faktiki hökmdarı idi. 2019-cu ildə "The New York Times" onu dünyanın ən güclü ərəb hökmdarı və ən nüfuzlu adamlarından biri adlandırıb. "Time" jurnalına görə, o, 2019-cu ilin ən nüfuzlu 100 adamından biridir. Kral İslam Strateji Araşdırmalar Mərkəzinin məlumatına görə, Məhəmməd 2023-cü ildə dünyanın səkkizinci ən nüfuzlu müsəlmanı kimi tanınıb. 11 mart 1961-ci ildə o vaxtlar Atəşkəs dövlətləri adlanan ölkənin Əl-Əyn şəhərində anadan olub.
Mənsur ibn Zeyd Əl Nəhayan
Mənsur ibn Zeyd Əl Nəhayan (ərəb. خَالِد بن مُحَمَّد بن زَايد آل نَهيَان‎; 20 noyabr 1970, Əbu-Dabi) — Birləşmiş Ərəb Əmirliklərində siyasi xadim, Əbu-Dabi Əmirliyinin hakim ailəsi olan Əl Nəhayan sülaləsinin üzvü, Vəliəhd Şahzadə, ADUG şirkətinin prezidenti, Mançester Siti futbol klubunun sahibi. 29 mart 2023-cü ildən BƏƏ-nin vitse-prezidenti. Şeyx Mənsur Dubay hökmdarı Şeyx Məhəmməd Əl Məktumun qızı ilə evlidir. Şeyx Mənsur ibn Zeyd Əbu-Dabi əmiri Şeyx Zeyd ibn Sultan Əl-Nəhayan həyat yoldaşı Fatimədən olan beşinci oğludur. Şeyx Mənsur vətənində orta məktəbi bitirmiş və ali təhsil almaq üçün ABŞ-a getmişdir. 1993-cü ildə burada siyasətdən bakalavr dərəcəsinə yiyələnmişdir. 1997-ci ildə o, o zaman atası BƏƏ prezidenti olan Şeyx II Zeyd tərəfindən BƏƏ Prezident Dəftərxanasının müdiri təyin edilib. Atasının ölümündən sonra prezident olan böyük ögey qardaşı II Xəlifə onu Birləşmiş Ərəb Əmirliklərinin ilk Prezident İşləri Naziri təyin etdi (bu vəzifə Prezident Aparatının və Prezident Dəftərxanasının birləşməsi nəticəsində yaranmışdı). Mənsur həmçinin qardaşı vəliəhd şahzadə Məhəmməd ibn Zeyd Əl-Nəhayanı dəstəkləmək üçün Əbu-Dabidə bir sıra vəzifələrdə çalışıb.
Səid
Səid və ya Səyid (ərəb. سعيد‎, Sa‘īd) — kişilərə verilən ərəbcə mənşəli şəxsi ad. Mənası "xoşbəxt", "uğurlu" və ya "mübarək"dir. Adın qadın versiyası Səidədir (ərəb. سعیدة‎). Latınca ekvivalenti "Feliks" və Yunanca ekvivalenti "Makariyos"dur. Bu adı olan məşhur insanlar Səid Səid Nursi — İslam alimi və filosofu. Səid Rüstəmov — Bəstəkar, dirijor, pedaqoq. Səid Ünsizadə — Şamaxı hakimi. Səid Mətinpur — Cənubi Azərbaycanlı insan hüquqları fəalı və jurnalist.
Zeyd kəndi
Zeyd kəndi (fars. زيدكندي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 299 nəfər yaşayır (65 ailə).
İmam Zeyd
Zeyd ibn Əli (ərəb. زَيْد ٱبْن عَلِيّ‎) — Əli ibn Hüseynin oğlu və Hüseyn ibn Əlinin nəvəsi idi. Öldürüldüyü Əməvilər xilafətinə qarşı uğursuz bir qiyama başçılıq etdi. Bu hadisə Əli ibn Hüseyndən sonrakı imam olaraq qəbul edən Şiə İslamın Zeydilik məzhəbinin yaranmasına səbəb oldu. Buna qarşılıq olaraq böyük qardaşı Məhəmməd əl-Baqir On iki imam şiəliyi və İsmaili şiələrinin sonrakı imamıdır. Buna baxmayaraq, o, şiələr tərəfindən mühüm inqilabçı şəxs və İslamın bütün məktəbləri, sünnilər və şiələr tərəfindən şəhid hesab olunur. Onun ölümünə və bədəninin vəhşicəsinə göstərilməsinə görə qisas çağırışı Abbasilərin inqilabına kömək etdi. Zeyd din alimi idi. Ona müxtəlif əsərlər, o cümlədən Musnad əl İmam Zeyd, bəlkə də İslam hüquq qanunlarının ən erkən bilinən əsəridir. Ancaq təyinatı mübahisəlidir; bunlar, ehtimal ki, erkən Kufə ​​qanunu ənənəsini təmsil edir.
Abdullah ibn əl-Səid Məhəmməd
Abdullah ibn Səid Məhəmməd (ərəb. عبد الله بن سعيد محمد‎; 1846[…], Darfur – 24 noyabr 1899, Kordofan[d]) — Sudanlı Mehdinin ölümündən sonra Mehdi Dövlətinin başçısı və xəlifə (1885–1898). == Həyatı == Abdullah ibn Səid Məhəmməd təxminən 1846-cı ildə Tayşa Bəqqarə qəbiləsində anadan olmuşdur. Atası Məhəmməd ət-Taki ailəsi ilə birlikdə Məkkəyə köçmək istəmiş, lakin bölgənin çətin vəziyyəti ona mane olmuşdur. Abdullah Sudanlı Mehdinin ölümündən sonra, 1885-ci ildə Mehdi Dövlətinin başına gəlmişdir. O, mehdiçilərin mərkəzləşdirilmiş feodal dövlətini gücləndirmiş, qüvvətli ordu yaratmışdı. İngilis müstəmləkəçilərinə qarşı sudanlıların müqavimət hərəkatına (1895–1898) başçılıq etmişdir. 1898-ci ildə Omdurman döyüşündə ingilislər qalib gəldikdən sonra Abdullah Sudan xalqının gerilla hərəkatına rəhbərlik etmiş və döyüşdə həlak olmuşdur.
Müslüm ibn Səid əl-Kilabi
Müslüm ibn Səid bin Əslam ibn Zurə ibn Əmr ibn Xüveylid əl-Səiq əl-Kilabi (ərəb. مسلم بن سعيد بن أسلم بن زرعة بن عمرو بن خويلد الكلابي‎) — Əməvilər xilafətinin sərkərdəsi, 723–724-cü illərdə Xorasan valisi. O, daha çox Mavəraünnəhrin yerli əhalisinin sədaqətini qazanmaq səyləri və "Susuzluq günü"ndə Türgiş xaqanlığına məğlub olması ilə tanınır. Blankinşip. The End of the Jihâd State: The Reign of Hishām ibn ʻAbd al-Malik and the Collapse of the Umayyads (ingilis). Albani, Nyu-York: State University of New York Press. 1994. ISBN 978-0-7914-1827-7. Pauers, Stefan. The History of al-Ṭabarī, Volume XXIV: The Empire in Transition: The Caliphates of Sulaymān, ʿUmar, and Yazīd, A.D. 715–724/A.H. 96–105.
Səid ibn Əmir əl-Cümahi
Səid bin Əmir əl-Cümahi (ərəb. سعيد بن عامر الجمحي‎) — səhabə. Gənc Səid bin Amir əl-Cuməhi Muhəmmədin (Allahın ona salavat və salamı olsun) səhabələrindən biri olan Xubeyb ibn Adinin (Allah ondan razı olsun) xaincəsinə faciəli qətlinə şahid olmaq üçün Qureyş başçılarının Mədinənin xaricindəki Tənim adlanan yerə çağırdıqları minlərlə insanlardan biri idi. Dolğun gəncliyi və irəli atılmağa nail olmaq bacarığı ona imkan verdi ki, o, çiyinləri ilə insanları yararaq yürüşün mərkəzində gedən Qureyş başçılarından olan Əbu Sufyan bin Hərb, Səfvan bin Umeyyə və başqaları ilə bərabər irəliləsin. Beləliklə o, (əl-ayağı) kəndirlə bağlanmış Qureyşin əsirini görməyə nail oldu. Muhəmməddən (Allahın ona salavat və salamı olsun) şəxsi intiqam almaq üçün və onu öldürməklə Bədrdə ölənlərin əvəzini çıxmaq üçün qadınlar, uşaqlar və gənclər onu itələyərək edam yerinə aparırdılar. Toplanmış bu kütlə öz əsiri ilə edam üçün hazırlanmış yerə çatdıqda gənc Səid bin Amir əl-Cuməhi öz hündür qaməti (boyu) ilə Xubeybə (Allah ondan razı olsun) tərəf baxmağa başladı. Onlar isə Xubeybi (Allah ondan razı olsun) taxtadan olan xaça tərəf yaxınlaşdırırdılar. Səid bin Amir əl-Cuməhi qadınların və körpə uşaqların çığırtısı arasından Xubeybin (Allah ondan razı olsun) sabit və təmkinli səslə belə dediyini eşitdi: – "Əgər etiraz etmirsinizsə məni sərbəst buraxın, ölümümdən qabaq iki rükət namaz qılım…" Sonra o Xubeybin (Allah ondan razı olsun) Kəbəyə üz tutaraq iki rükət namaz qılmağına tamaşa etdi. Ah, necə də gözəl, necə də kamil… Sonra da o, Xubeyb bin Adinin (Allah ondan razı olsun) Qureyş başçılarına yaxınlaşaraq belə dediyini gördü: – "Allaha and olsun ki, bilsəydim mən namazı uzatdıqda mənim ölümdən qorxduğumu zənn etməyəcəksiniz, namazı artırardım…".
Səid ibn Əmr əl-Həraşi
Səid ibn Əmr əl-Həraşi (d. ? - ö. 735-ci ildən sonra) — Əməvilər dövrü vali və sərkərdələrindən. Qeys Aylan qəbiləsinin qollarından Hariş b. Kəbə mənsubdur. Əslən Kinnəsrinli olub İrminiyədə doğulduğu, anasının Həbəşli olduğu nəql edilməkdədir. Qaynaqlarda həyatıyla ilgili ilk bilgilər, Şəvzəb adlı bir xaricinin çıxardığı üsyanı yatırmasıyla əlaqəlidir. 720-ci ildə Kufə valisi Əbdürrəhman b. Abdullahın, Şəvzəbin çıxardığı üsyanı yatırmaqla Məhəmməd b.
Səid ibn Abdullah əl-Hənəfi
Səid ibn Abdullah əl-Hənəfi (ərəb. سعید بن عبد الله الحنفی‎) — Kərbəla döyüşündə şəhid olmuş Hüseyn ibn Əlinin səhabəsi. O, görkəmli şiə və Kufə əsilzadəsi kimi İmam Hüseynin Kufəyə dəvət olunmasında mühüm rol oynamışdır. O, kufəlilərin bir neçə mühüm məktubunu İmam Hüseynə çatdırdı. Onun çatdırdığı son məktub Müslüm ibn Əqilin İmam Hüseynə məktubu oldu. Həmin andan o, İmam Hüseyni Məkkədən Kərbəlaya qədər müşayiət etdi. Səid Aşuradan əvvəlki gecə Əhli-beytə sevgisini və İmam Hüseyni dəstəklədiyini sübut edən çıxışı ilə də yadda qalıb. Səid (və ya Səd) ibn Abdullah əl-Hənəfi Adnan qəbiləsindən Bənu Bəkr ibn Vail nəslindən olan Bəni Hənifə ibn Lacim qəbiləsindən idi. O, cəsarəti və təqvası ilə məşhur olan Kufənin məşhur zadəganlarından idi. Müaviyə ibn Əbu Süfyanın vəfatından sonra Kufə şiələri Hüseyn ibn Əliyə bir neçə məktub yazıb onu öz şəhərlərinə dəvət etdilər.
Şeyx Zeyd ibn Sultan ƏL-Nəhayan
Şeyx Zeyd ibn Sultan ibn Zayed ibn Xəlifə Əl Nəhyan (ərəb. زايد بن سلطان بن زايد بن خليفة آل نهيان‎; 6 may 1918, Əbu-Dabi – 2 noyabr 2004[…], Əbu-Dabi) — 1971–2004-cü illərdə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti. 1966–2004-cü illərdə Əbu-Dabi əmiri. Dövlətin birləşməsində Şeyx Rəşid ibn Səid Əl-Məktumla yanaşı o da mühüm rol oynamışdır. Onlar birlikdə buna 2 dekabr 1971-ci ildə nail olublar. Yeddi əmirliyi birləşdirən əsas hərəkətverici qüvvə kimi tanınan Valid əl-Ümmə ("Millət Atası") kimi hörmətlə anılır. Körfəz Əməkdaşlıq Şurasının yaradılmasında Şeyx Cabir Əl-Əhməd Əl-Sabah ilə də çalışıb. 25 may 1981-ci ildə Əbu-Dabidə Körfəz Əməkdaşlıq Şurasının ilk zirvə toplantısı keçirilib. Şeyx Zeyd 6 may 1918-ci ildə Əbu-Dabidə anadan olub. O, 1855–1909-cu illərdə Əbu-Dabi əmirliyini idarə edən babası Şeyx Zayed I bin Xəlifə Əl-Nəhayanın şərəfinə adlandırılıb.
Şeyx Zeyd ibn Sultan Əl-Nəhyan
Şeyx Zeyd ibn Sultan ibn Zayed ibn Xəlifə Əl Nəhyan (ərəb. زايد بن سلطان بن زايد بن خليفة آل نهيان‎; 6 may 1918, Əbu-Dabi – 2 noyabr 2004[…], Əbu-Dabi) — 1971–2004-cü illərdə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti. 1966–2004-cü illərdə Əbu-Dabi əmiri. Dövlətin birləşməsində Şeyx Rəşid ibn Səid Əl-Məktumla yanaşı o da mühüm rol oynamışdır. Onlar birlikdə buna 2 dekabr 1971-ci ildə nail olublar. Yeddi əmirliyi birləşdirən əsas hərəkətverici qüvvə kimi tanınan Valid əl-Ümmə ("Millət Atası") kimi hörmətlə anılır. Körfəz Əməkdaşlıq Şurasının yaradılmasında Şeyx Cabir Əl-Əhməd Əl-Sabah ilə də çalışıb. 25 may 1981-ci ildə Əbu-Dabidə Körfəz Əməkdaşlıq Şurasının ilk zirvə toplantısı keçirilib. Şeyx Zeyd 6 may 1918-ci ildə Əbu-Dabidə anadan olub. O, 1855–1909-cu illərdə Əbu-Dabi əmirliyini idarə edən babası Şeyx Zayed I bin Xəlifə Əl-Nəhayanın şərəfinə adlandırılıb.
Şeyx Zeyd ibn Sultan ən-Nəhayan
Şeyx Zeyd ibn Sultan ibn Zayed ibn Xəlifə Əl Nəhyan (ərəb. زايد بن سلطان بن زايد بن خليفة آل نهيان‎; 6 may 1918, Əbu-Dabi – 2 noyabr 2004[…], Əbu-Dabi) — 1971–2004-cü illərdə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti. 1966–2004-cü illərdə Əbu-Dabi əmiri. Dövlətin birləşməsində Şeyx Rəşid ibn Səid Əl-Məktumla yanaşı o da mühüm rol oynamışdır. Onlar birlikdə buna 2 dekabr 1971-ci ildə nail olublar. Yeddi əmirliyi birləşdirən əsas hərəkətverici qüvvə kimi tanınan Valid əl-Ümmə ("Millət Atası") kimi hörmətlə anılır. Körfəz Əməkdaşlıq Şurasının yaradılmasında Şeyx Cabir Əl-Əhməd Əl-Sabah ilə də çalışıb. 25 may 1981-ci ildə Əbu-Dabidə Körfəz Əməkdaşlıq Şurasının ilk zirvə toplantısı keçirilib. Şeyx Zeyd 6 may 1918-ci ildə Əbu-Dabidə anadan olub. O, 1855–1909-cu illərdə Əbu-Dabi əmirliyini idarə edən babası Şeyx Zayed I bin Xəlifə Əl-Nəhayanın şərəfinə adlandırılıb.
Şeyx Rəşid ibn Səid Əl-Məktum
Şeyx Rəşid ibn Səid Əl-Məktum (ərəb. راشد بن سعيد آل مكتوم‎; 11 iyun 1912, Dubay – 7 oktyabr 1990, Dubay) — Şeyx (1958-ci ildən) və Əl-Məktum sülaləsindən Dubayın ilk əmiri (1971-ci ildən). Səid Əl-Məktum Birləşmiş Ərəb Əmirliklərinin birinci vitse-prezidenti və ikinci baş naziri idi. O, həmçinin Dubayın əmiri olub. 1958-ci ildən 1990-cı ildə ölümünə qədər 32 il Dubayı idarə edib. O, BƏƏ-nin yaranmasından ölümünə qədər vitse-prezident olub. Səid Əl-Məktum 30 aprel 1979-cu ildə baş nazir olanda eyni vaxtda baş nazir vəzifəsini icra edən ilk vitse-prezident idi. Ondan sonrakı hər baş nazir faktiki olaraq həm də vitse-prezident olub. Mənbələr onun doğum ili ilə bağlı müxtəlif məlumat verir. Lakin çox güman ki, o, 1912-ci ildə anadan olub.

Digər lüğətlərdə